İspaniya sionist rejimdən izahat verməsini istəyib
İspaniya sionist rejimdən bir ədəd İspaniya istehsalı olan pilotsuz təyyarəni Rusiyanın baş nazirinə hədiyyə verməsinə aydınlıq gətirməsini istəyib.
İRİB-nin verdiyi məlumata görə, İspaniyanın Xarici İşlər Nazirliyi dünən gecə bu ölkə istehsalı olan bir ədəd pilotsuz təyyarənin İsrail rejimi tərəfindən Rusiyanın baş naziri Dmitri Medvedevə hədiyyə verilməsindən son dərəcə nigaran qaldığını bildirib.
İspaniya XİN-i bildirib ki, İsrailin kənd təsərrüfatı naziri Uri Arielin İspaniya istehsalı olan bir ədəd pilotsuz təyyarəni Medvedevə hədiyyə etməsi xüsusiylə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları dövründə həssas texnologiyaların ixracatı qanununa ziddir.
Bir İspaniya şirkəti tərəfindən sionist rejimə satılan "Snayper" adlı pilotsuz təyyarə həssas texnologiyaya malikdir və onun ixracatı İspaniya dövlətinin rəsmi icazəsi ilə mümkün ola bilər.