Yunanıstanda miqrantların düşərgəsi yandırılıb
-
Yunanıstanda miqrantların düşərgəsi yandırılıb
Yunanıstanın Lesbos adasında qəzəbli miqrantlar öz düşərgələrini yandırıblar.
FransPress-in verdiyi məlumata görə, dünən baş verən yanğından sonra düşərgədə yerləşən miqrantlarla polis arasında toqquşmalar baş verib.
Yunanıstanın Lesbos adasında 6 mindən çox miqrant saxlanılır.
Avropa Bilriyinin qərarına əsasən cari miladi ilində 20 apreldən sonra Yunanıstana daxil olan miqrantlar Egey dənizində yerləşən beş adada saxlanılacaqlar onlardan biri də Lesbos adasıdır. Miqrantların bu adalarda saxlanıldıqları müddətdə onların sığınacaq ərizələri araşdırılacaq və razılaşdırılmadığı təqdirdə onlar öz ölkələrinə qaytarılacaqlar.
Öncə də Dünya Həkimləri Qurumu Yunanıstan düşərgələrində məskunlaşdırılmış miqrantların fiziki və ruhi cəhətdən çətin durumda olduqları barədə xəbərdarlıq etmişdi.
DHQ-nin tibbi xidmətlər üzrə rəhbəri Elisa Viskontinin dediyinə görə, Yunanıstan düşərgələrində həyat şəraiti miqrantların ruhi və fiziki ziyan görmələrinə gətirib çıxarır.