Putinlə Tramp telefonla danışıblar
-
Putinlə Tramp telefonla danışıblar
Rusiya prezidenti və ABŞ-ın seçilmiş prezidenti tərəfləri maraqlandıran müxtəlif mövzuları o cümlədən iki ölkənin xarici siyasəti ilə əlaqədar məsələlər barədə fikir mübadiləsi aparıblar.
Spotnik-in verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün mətbuat konfransında verdiyi açıqlamada Vladimir Putin ilə Donald Tramp arasında baş tutan telefon danışıqlarında iki ölkənin xarici siyasəti ilə əlaqədar məsələlər barədə fikir ixtilaflarının olduğunu etiraf edib. O deyib: Heç şübhəsiz ki, Putinlə Trampın fikirləri biri-birinə yaxın deyil.
Bu məlumata görə, Tramp və Putinin Kuba inqilabının rəhbəri Fidel Kastronun ölümünə fərqli münasibətləri müxtəlif məsələlər barədə tərəflərin fikir ayrılığını qabartmış oldu.
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp özünün seçki kampaniyasında dəfələrlə Rusiya prezidentini təsirli siyasətçi adlandırmışdı və Vaşinqton-Moskva əlaqələrinin yaxşılaşdırılmasının tərəfdarı olduğunu dilə gətirmişdir.