Lavrov: Hələb əməliyyatını davam etdirəcəyik
Rusiyanın xarici işlər naziri regionda qan tökülməsinin dayandırılmasına təkid edərək Suriya böhranında Rusiya ilə Türkiyənin mövqelərinin üst-üstə düşdüyünü deyib.
Türkiyə və Rusiyanın xarici işlər nazirləri iki ölkənin strateji əməkdaşlıqlar üzrə 5-ci iclasının kənarında danışıqlar aparıblar.
Sergey Lavrov Alaniya şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında etdiyi çıxışında deyib: Suriya məsələsinin həlli üçün danışıqlarımızı davam etdirəcəyik. Bu məsələ öz həllini tapmalıdır. Biz regionda qan tökülməsinin dayandırılmasını istəyirik. Rusiya və Türkiyənin Suriya böhranındakı movqeləri üst-üstə düşür.
Lavrov deyib: Rusiya ilə Türkiyə arasında qarşılıqlı diplomatik əlaqələr daha da möhkəmləndiriləcək. Türkiyə prezidenti Ərdoğan əlaqələrin yaxşılaşdırılması üçün hazır olduğunu deyib. Rusiya ilə Türkiyə əməkdaşlıqları Suriyada sülhün bərqərar olunmasına gətirib çıxaracaq. Biz Suriya məsələsinin həlli istiqamətində danışıqları sürətləndirməliyik. Biz Hələbin terrorçu qruplardan xilas edilməsi üçün apardığımız əməliyyatı davam etdirəcəyik.
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da bu mətbuat konfransında etdiyi çıxışında deyib: Türkiyənin baş naziri gələn həftə Rusiyaya rəsmi səfərə gedəcək . Türkiyə ordusunun "Suriyanın azad ordusu" ilə birgə əməliyyatlarının məqsədi tamamiylə bəllidir, biz terrorçu qrupları məhv etmək istəyirik.
Çavuşoğlu deyib: Suriya məsələsinin həlli üçün ən əlverişli seçim siyasi həll yoludur. Əgər problem siyasi yolla həll edilməzsə Suriyanın ərazi bütövlüyü mühafizə edilməyəcək, bizim Suriya və İraq torpaqlarında gözümüz yoxdur. Biz Hələbdə atəşkəsin ən qısa zamanda icra edilməsini istəyirik.