Rusiyanın Trampın qələbəsindəki rolu
-
Donald Tramp
Donald Trampın Amerika müdafiə naziri vəzifəsinə seçim etdiyi Ceyms Metis Kremlə o qədər də maraqlı deyil. Əgər o, müdafiə naziri olarsa, ehtimal üzrə, Tramp hökumətini Rusiya prezidenti ilə danışıqlardan uzaqlaşdıracaqdır. Digər tərəfdən, Rusiyanın hərəkətləri ABŞ-ın hazırkı hökumətinə qarşı daxili təzyiqlərin şiddətlənməsinə bais olubdur.
CNN telekanalının məlumatına görə, demokrat senatorlar Obama hökumətini təzyiq altında qoyublar ki, yeni məlumatlara əsasən, bu məsələni açıq şəkildə bildirsin ki, Rusiya Donald Trampa kömək məqsədilə Amerika prezident seçkilərinə müdaxilə edibdir. Belə bir halda, bu təhqiqat prosesindən məlumatlı olan bir neçə mənbə deyir: Amerikanın kəşfiyyat aparatı əmindir ki, Rusiya hakerlərinin məqsədi, Amerika prezident seçkiləri prosesini zəiflətməkdən çox, seçkilərin nəticəsini Trampın xeyrinə dəyişmək olubdur. Bununla belə, məlumatlı mənbələr deyirlər ki, yeni məlumatlar Amerikanın kəşfiyyat orqanlarının Rusiyanın niyyətlərini dərk etmələrini o qədər də dəyişməyəcək, zira demokrat partiyası hakerlərin əsas hədəfi olubdur. Amerika senatının kəşfiyyat komitəsinin üzvü 7 demokrat senator Obamaya məktubda belə bir mövzu üzərində təkid edibdir ki, bu kimi informasiyalar gizlilikdən çıxarılaraq, hamı üçün ifşa olunmalıdır. Əlbəttə, bu məktubda yeni informasiyaların mahiyyətinə toxunulmayıbdır.
Bu məktuba imza atmış senator Anges Kinq deyir: Rusiyanın bu seçkilərdə rol oynaması bu onilliyin ən böyük xəbər əhvalatıdır.
ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin üzvü Adam Şif də xüsusən Rusiyanın Amerika prezident seçkilərində rol oynaması barədə daha çox məlumatın açıqlanmasını istəyir.
O, deyir: Onlar, yəni ruslar Amerikada təfriqə salmaq üzrə hədəflərinə demək olar ki, çatıblar və hətta müvazinəti Trampın xeyrinə və Hillari Klintonun əleyhinə dəyişiblər.
Bununla belə, ABŞ konqresinin respublikaçı nümayəndələri bu məktubu az önəmli hesab edirlər və deyirlər ki, Amerikanın kəşfiyyat aparatının özünün ümumi dəyərləndirməsini dəyişməsi haqda heç bir yeni informasiya mövcud deyil.
Amerikanın kəşfiyyat aparatı bu ölkənin prezident seçkilərindən bir ay öncə Rusiya hökumətinin Amerikanın siyasi təşkilatları daxil olmaqla amerikan orqan və şəxslərin email-lərinə daxilolmanı istiqamətləndirməsinə əmin olduğunu bildirmişdi. Kəşfiyyat rəsmiləri həmçinin demokrat partiyasını hədəfə almış "DC Liks" və "Vikiliks" internet portallarının sənədlərinə işarə ediblər. Bununla belə, Amerikanın kəşfiyyat aparatı bundan öncə belə bir məsələni açıq şəkildə deməyibdir ki, Rusiyanın hədəfi, Hillari Klinton üzərində qələbə çalması üçün Donald Trampa kömək etmək olubdur.
Amerika Milli Təhlükəsizlik Təşkilatının direktoru Ceyms Klaper bu ölkənin prezident seçkilərindən sonra konqresmenlərə dedi ki, Rusiyanın kompüter müdaxiləsinin davam edəcəyini proqnoz edir.
O, sonra deyib: Güman etmirəm ki, Rusiyanın davranışında nəzərəçarpacaq bir dəyişiklik yaranacaq. Ruslar informasiya əməliyyatı, başqa sözlə, hibrid müharibəsi aparmaq üzrə fəal və düşmənçilik qabiliyyətinə malikdirlər.
Bununla belə, Rusiya prezidenti Vladimir Putin bu ölkənin qanunvericiləri üçün etdiyi illik çıxışında Amerikanın bu iddiasını əfsanə adlandırıb və onu rədd edibdir.