Rusiya - Türkiyə iqtisadi əlaqələri genişlənir
https://azeri.sahartv.ir/news/dünya-i249473-rusiya_türkiyə_iqtisadi_əlaqələri_genişlənir
Rusiya prezidenti və Türkiyə baş naziri iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 07:25 Asia/Baku
  • Rusiya - Türkiyə iqtisadi əlaqələri genişlənir
    Rusiya - Türkiyə iqtisadi əlaqələri genişlənir

Rusiya prezidenti və Türkiyə baş naziri iki ölkənin iqtisadi əlaqələrinin genişlənməsinə təkid ediblər.

İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Kremldə Türkiyənin baş naziri Binali Yıldırım ilə görüşdə Ankara - Moskva münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini deyərək, əlaqələrin daha artıq yaxşılaşmasını istəyib. 

Rusiya prezidenti enerji sektorunda da əməkdaşlıqlar üçün münasib şəraitin mövcud olduğunu deyib. 

V.Putin həmçinin, ümidvarlıq edib ki, Türkiyə baş nazirinin ölkəsinə olan səfəri türkiyəli həmkarı Rəcəb Təyyib Ədroğan ilə növbəti görüşünə şərait yaratmış olsun. 

Türkiyənin baş naziri Binali Yıldırım da bu görüşdə Rusiya ilə birgə əməkdaşlıq yolu ilə Avropa üçün yeni bir enerji marşrutunun açılmasına səy göstərildiyini bildirib. 

Binali Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevin dəvəti ilə bazar ertəsi günü yüksək səviyyəli bir heyətin müşayiəti ilə Moskvaya səfər edib. 

B.Yıldırımın Moskvaya səfəri iki ölkənin iqtisadi və ticarət əlaqələrinin yenidən bərpa edilməsi üzrə mühüm addım sayılır. 

Rusiya və Türkiyə əlaqələri 24 noyabr 2015-ci il tarixində bir rus təyyarəsinin Türkiyə tərəfindən vurulmasının ardınca gərgin anların şahidi olmuşdu.