Tramp: Yaxın Şərqdə 6 trilyon dollar xərcləmişik, amma...
https://azeri.sahartv.ir/news/dünya-i249488-tramp_yaxın_Şərqdə_6_trilyon_dollar_xərcləmişik_amma...
ABŞ-ın seçilmiş prezidenti deyib: Müharibələrə pul xərcləmək yerinə, ABŞ-ın pullarını yolların, körpülərin və hava limanlarının bərpasına xərcləyəcəyik.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 09:43 Asia/Baku
  •  Donald Tramp
    Donald Tramp

ABŞ-ın seçilmiş prezidenti deyib: Müharibələrə pul xərcləmək yerinə, ABŞ-ın pullarını yolların, körpülərin və hava limanlarının bərpasına xərcləyəcəyik.

Tramp deyib: Biz Yaxın Şərqdə ən azı 6 trilyon dollar pul xərcləmişik. Halbuki, ölkədəki bütün yollar yararsız vəziyyətdədir. Magistral yollarımız dağılmaq ərəfəsindədir. Körpülərimiz içə uçulub, dağılır. Tunellərimizin vəziyyəti yaxşı deyil. Hava limanlarımız isə üçüncü dünya ölkələrində olduğu kimi dəhşətlidir. Buna görə də biz, artıq pullarımızı özümüz üçün xərcləmək istəyirik. Biz, hazırda digər ölkələrdə mövcud olan rejimləri devirmək üzrə olan səyləri dayandıracağıq. Bunun yerinə terrorizm ilə mübarizə aparmaq və İŞİD-i məhv etməyə yönəlik addımlar atacağıq.