Dek 13, 2016 18:03 Asia/Baku
  • İngiltərə silahları regiondakı cinayətkar ölkələrin ixtiyarında
    İngiltərə silahları regiondakı cinayətkar ölkələrin ixtiyarında

Qardian qəzeti yazıbdır ki, İngiltərə dünyada silah və sursat üzrə ikinci böyük satıcı və Yaxın Şərq savaşlarında işlədilmiş əksər silahların təminedicisidir.

İraqın NUN xəbər agentliyiinin məlumatına görə, Londonda çıxan Qardian qəzeti sonra yazıb: London öz silahlarını Yaxın Şərqdə hərbi cinayətlər törətməkdə ittiham olunan ölkələrə satır və bu, elə bir haldadır ki, İngiltərənin Xarici İşlər Nazirliyi bu ölkələri insan haqlarının pozulmasında şübhəli bilir.

Qardian İngiltərənin Ərəbistanla olan silah müqavilələrinə toxunaraq, yazıb: Dünya bazarlarında silah satışı silah qaçaqmalçılığı adlandırılır, amma bir dövlət silah yükləri satarkən bu iş milli təhlükəsizliyin qorunması və ya müttəfiqlərə hərbi dəstək adlandırılır.

Bu məlumata görə, İngiltərə 2015-ci ildə Ərəbistana dəyəri bir milyard 700 milyon dollar olan silahlar satdı və gələn 10 ildə də dəyəri 9 milyard 200 milyon dollar olan silahların satışı barədə ərizələr əldə edibdir.

Qəzet bu reportajda Ərəbistanın büdcə çatışmazlığına işarə edərək, yazıb: Görən, bu ölkə xalqı öz hökmranlarından istəyirmi ki, ölkənin büdcəsini yalnız savaşlarda xərcləsin?!

Bu ingilis qəzetin bildirdiyinə görə, Ərəbistan qiyabi yolla Yaxın Şərqdə savaşlar törətməklə bir çox dünya ölkəsində vəhhabiliyi təbliğ edir.

Teqlər