Fələstinə dəstək verən yəhudilər Nyu-Yorkdakı "Tramp" qülləsi qarşısında aksiya keçiriblər
Dek 15, 2016 16:03 Asia/Baku
-
Fələstinə dəstək verən yəhudilər Nyu-Yorkdakı "Tramp" qülləsi qarşısında aksiya keçiriblər
Amerika yəhudilərindən bir qrupu Fələstin xalqını himayə və sionist rejimin cinayətlərini pisləmək istiqamətində Nyu-Yorkdakı "Tramp" qülləsi qarşısında aksiya keçiriblər.
Təsnim xəbər agentliyinin məlumatına görə, Donald Trampla müxalif olan bir qrup yəhudi bu gün Nyu-Yorkdakı "Tramp" qülləsi qarşısına toplaşaraq, Fələstin xalqını himayə istiqamətində şüar verib.
Aksiyaçılar bildiriblər ki, Fələstinin durumu Donald Trampın prezidentlik dövrünün başlanması ilə daha da böhranlı olacaq və onun vəziyyətinin yaxşılaşacağına bir ümid yoxdur.
Aksiya iştirakçıları həmçinin bildiriblər ki, Trampın irqi ayrı-seçkilik rəftarına qarşı öz nifrətlərini ifadə edirlər və bu şəraitdən nigarandırlar.
Teqlər