Yuk maşınının sürücüsü 12 almanı öldürdü
https://azeri.sahartv.ir/news/dünya-i251957-yuk_maşınının_sürücüsü_12_almanı_öldürdü
Bazar ertəsi günü gecə bir yük maşını yeni milad ili şənlikləri ərəfəsində yerli bir bazarda alqı ilə məşğul olan Berlin şəhəri sakinlərindən bir qrupunu basıb. Nəticədə azı 12 nəfər ölüb, 48 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2016 06:40 Asia/Baku

Bazar ertəsi günü gecə bir yük maşını yeni milad ili şənlikləri ərəfəsində yerli bir bazarda alqı ilə məşğul olan Berlin şəhəri sakinlərindən bir qrupunu basıb. Nəticədə azı 12 nəfər ölüb, 48 nəfər də yaralanıbdır.

Əlaləm telekanalının məlumatına görə, Almaniya polisi Şarlotenberq küçəsində yerləşən Braydşaydplats bazarında baş vermiş hadisənin terror mahiyyətli olması ehtimalını təsdiqləyərək, bu şəhər əhalisindən istəyibdir ki, imkan daxilində evdə qalsınlar.

Berlin polisi həmçinin bildirib ki, sürücü köməkçisi bu hadisədə ölüb, amma sürücü həbs olunubdur.

Belə bir halda, Vaşinqton Tayms qəzeti yazıb ki, İŞİD terror qrupu Berlin bazarına hücumun məsuliyyətini üzərinə götürdüyünü bildirib.