Rusiyanın Ankaradakı səfirinin terrorundan sonra Türkiyədə təhlükəsizlik tədbirləri
-
Rusiyanın Ankaradakı səfirinin terrorundan sonra Türkiyədə təhlükəsizlik tədbirləri
Rusiyanın Ankaradakı səfirinin terror edilməsinin ardınca Türkiyə xüsusən Rusiyanın bu ölkədəki səfirliyi və konsulluqlarının qorunması üçün təhlükəsizlik tədbirlərini artırıbdır.
CCTV-nin məlumatına görə, Türkiyə hazırda bu hadisə barədə təhqiqat, həmçinin mühüm məntəqələrdə təhlükəsizliyin bərqərarı proqramını həyata keçirir. Rusiyanın Ankaradakı səfirinin terror edilməsindən ötən iki gündə bir çox şəxs Rusiya səfirliyinə və onun konsulluqlarına müraciət edərək, öldürülmüş səfirə hörmətin ifadə olunması və anım tədbirləri həyata keçirib.
Türkiyə rəsmiləri kobud hadisələrin qarşısını almaq üçün bu mərasimlərdə çoxlu sayda polis yerləşdiriblər. Bəzi qeyri-hökumət təşkilatları da bu mərasimlərdə əhalidən terrorizm və ekstremizm qarşısında müqavimət göstərməsini istəyiblər.