Tramp qalmaqal yaratmaqda davam edir
-
Tramp qalmaqal yaratmaqda davam edir
Trampın nüvə tviti qalmaqala səbəb olub. ABŞ-ın seçilmiş prezidenti Donald Tramp öz tvitter səhifəsində yazıb: Nüvə sahəsində dünyanın ağlı başına gələcəyi zamana kimi Amerika öz nüvə qüdrətini sürətlə artırmalıdır. ABŞ Dövlət Departamentinin sözçüsü isə Trampın baxışları barədə hansısa fikir bildirməyə qadir olmadığını deyərək, önləyici nüvə qüdrətinin Vaşinqtonun təhlükəsizlik doktrinasında əvəzolunmaz qüdrət oldğunu iddia edib.
Trampın işgüzar həyatı. Səhər tezdən, yerindən qalxmamış tvit atır ki, Amerika öz nüvə qüdrətini artırmalıdır.
Elə həmin vaxt qəzetlər Trampın müşavirlərinə istinadla yazırlar ki, Tramp dövlət katibi postuna əsas namizəd olan ABŞ-ın BMT-dəki sabiq səfiri Con Boltonu, bığlarından xoşu gəlmədiyi üçün komandasından kənarlaşdırıb.
Tramp daha sonra Berlin hadisəsinə və Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsinə işarə edərək, müsəlmanların Amerikaya girişinin məhdudlaşdırılması üzrə daha öncə səsləndirdiyi fikirlərdə haqlı olduğunu bir daha bəyan edib.
Donald Tramp – ABŞ-ın seçilmiş prezidenti:
"Hamını müsəlmanların ABŞ-a girişini qadağan etməyə çağırıram".
Bundan sonra biznes sahəsindəki fəaliyyətlərə vaxt ayırmamaq üçün son dəfə olaraq otellərinə baş çəkərək, bütün biznesini və iqtisadi fəaliyyətləri ailəsinə təhvil verməyə hazırlaşdığı bir zamanda, BMT-də müştərək bir lobbiçilik barədə xəbərlər dolaşmağa başlayıb. Tramp və Ağ Ev ilə Netanyahunun birgə lobbiçiliyi. Belə ki, hamının BMT TŞ-də İsrailin qanunsuz qəsəbə salma siyasətini dayandırmaq üçün bir araya gəlməyə çalışdığı bir vaxtda, Tramp və Netanyahunun lobbisi TŞ-də səsverməni naməlum bir zamana və uzaq gələcəyə kimi təxirə salmaq istəyir.