1 milyondan çox alman uşaq yoxsulluqla üz-üzə
https://azeri.sahartv.ir/news/dünya-i252743-1_milyondan_çox_alman_uşaq_yoxsulluqla_üz_üzə
Aparılan araşdırmalara əsasən, 1 milyon 700 mindən çox alman uşaq yoxsulluqla üz-üzədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 15:35 Asia/Baku
  • 1 milyondan çox alman uşaq yoxsulluqla üz-üzə

Aparılan araşdırmalara əsasən, 1 milyon 700 mindən çox alman uşaq yoxsulluqla üz-üzədir.

Almaniyanın NTV telekanalı bildirib: Bu ölkədə yoxsul uşaqların sayı artmaqdadır. Belə ki, 2015-ci ildə 1 miyon 700 mindən çox uşaq və 16 yaşdan aşağı yeniyetmə yoxsulluqla bağlı problemlərin caynağına düşüb.

Halbuki 10 il öncə bu rəqəm hazırkı rəqəmdən az idi və təxminən 1 milyon 500 min nəfər idi.

Bu araşdırma təkcə yoxsulluqla üzləşən uşaqları deyil, ictimai məhrumluqla üzləşən uşaqlara da şamil olur.

Avropanın Statistika İdarəsinn məlumatına görə, Almaniyada 2,27 milyon uşaq yoxsulluqla üz-üzədir.