Dek 26, 2016 17:49 Asia/Baku
  • Çində ən böyük buz festivalı işə başladı
    Çində ən böyük buz festivalı işə başladı

Çində hər il daha geniş və daha böyük miqyasda keçirilən buz festivalı bu il də rəsmi şəkildə işə başlayıb. Çində builki buz festivalının təşkilatçıları bildiriblər ki, builki festivaldakı buz əsərləri sərgisi keçirilən bütün sərgilərdəki əsərlərdən böyük olacaqdır.

Harbində Çin əkinçiləri bu festivalın keçirilməsi ilə böyük gəlir əldə edirlər. Çünki buz heykəl və binaların düzəldilməsində iştirak edən hər bir işçi gündəlik təxminən 35 dollar maaş alır. Çin buz festivalında buz heykəl və binaların düzəldilməsi işi təxminən bir ay vaxt aparır.

Çinin şimal-şərq bölgələrində güclü soyuq bu bölgədə buz festivalında düzəldilən heykəl və binaların yazın əvvəlinə qədər qalmasına səbəb olacaqdır.

 

Teqlər