Amerikanın Moskvadakı səfirliyinin məktəbi bağlandı
-
Amerikanın Moskvadakı səfirliyinin məktəbi bağlandı
Moskva Vaşinqtonun Rusiyaya qarşı hərəkətlərinə cavab olaraq ABŞ-ın Rusiyadakı səfirliyinin orta məktəbinin fəaliyyətini dayandırıb.
RİA-Novosti İnformasiya Agentliyi adının açıqlanmasını istəməyən bir Amerika rəsmisinə istinadla bildirib: Amerikalı şagirdlərdən əlavə, bir neçə ölkənin məktəblilərinin də təhsil aldığı ABŞ-ın Moskvadakı səfirliyinə bağlı orta məktəb bu gün fəaliyyətini dayandırıb.
RİA-Novosti həmçinin CNN xəbər telekanalına istinadla yazıb: Rusiya Amerikanın sanksiyalarına cavab olaraq bu ölkə səfirliyinin Moskvanın ətrafında Serebni Bor bölgəsinə çıxışını kəsib.
ABŞ prezidenti Barak Obama ötən gün Rusiyanın Amerika prezident seçkilərində müdaxiləsinə reaksiya olaraq sanksiyalar paketi və 35 rus diplomatının bu ölkədən çıxarılması üzrə qərarları elan edib.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətini pisləyərək və buna qarşılıq veriləcəyini qeyd edərək bildirib: Vaşinqtonun seçdiyi düşmənçilik mövqelər diplomatik münasibətlərin gücləndirilməsi üçün iki tərəfin son səylərini səmərəsiz etmişdir.