Putin: Amerikalı diplomatlar qovulmayacaq
-
Rusiya Federasiyası prezidenti Vladimir Putin
Rusiya Federasiyası prezidenti Vladimir Putin 35 rus diplomatının ABŞ-dan çıxarılmasına dair bu ölkə hökumətinin hərəkətinə reaksiya barəsində deyib: Moskva Amerika diplomatlarını Rusiyadan çıxarmayacaq və öz diplomatiyasını mətbəx səviyyəsinə endirməyəcək.
35 nəfərlik Amerika diplomatının Rusiyadan çıxarılması siyahısının Putinə təqdim olunmasından sonra, o cümə günü bildirib: Moskva qarşılıqlı addımı öz haqqı hesab edir. Lakin milli və məntiq əsasında addım atacaq. O Obama hökumətinin qeyri-dostluq addımlarını fitnəkarlıq adlandırıb. Belə ki, Rusiya və Amerika əlaqələrinə əlavə zərbə vurmağı hədəfə alıb.
ABŞ prezidenti Barak Obama ötən gün Rusiyanın Amerikaya qarşı kiber hücumu adlandırılan məsələyə reaksiya olaraq sanksiyalar paketi və 35 rus diplomatının bu ölkədən çıxarılması üzrə qərarları elan edib. Kreml də bildirib ki, qarşılıqlı addım atacaq. Obamanın göstərişi ilə Vaşinqton Amerikadan çıxarılması qərara alınan rus diplomatlara bu ölkə ərazisini tərk etmək üçün 72 saat vaxt verib. Digər tərəfdən Vaşinqton kəşfiyyat fəaliyyəti iddiası ilə Meriland və Nyu-Yorkda Rusiyanın iki obyektinin fəaliyyətini dayandırıb. Rusiya mediaları bildiriblər ki, bu iki obyekt Amerikada Rusiyaya bağlı villalar əslində diplomatik mövqeyə malikdir.