Yan 02, 2017 12:27 Asia/Baku
  • Təməl Karamollağolu
    Təməl Karamollağolu

Türkiyənin Səadət partiyasının sədri Təməl Karamollağolu ötən gün İstanbulda törədilən terror aktına reaksiyada deyib: Bu terror aktı elə bir halda baş verir ki, İran, Türkiyə və Rusiyanın Suriya böhranını həll etmək üzrə səyləri sülhə ümidi artırmışdır.

 İRNA-nın məlumatına görə, Karamollaoğlu bir bəyanatda bu terror aktını pisləyib və əlavə edib: Bu terror aktının əsas məqsədlərindən biri regionun önəmli ölkələri arasında sülh fəaliyyətlərində təxribatçılıqdır. 

Türkiyənin islamyönlü Səadət partiyasının sədri İstanbul terror aktını həm aktın planlaşdırılması, həm də məkan və zamanın seçilməsi baxımından Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun terroru ilə əlaqədar adlandırıb və deyib: Belə hücumların əsas məqsədi Suriya sülh prosesində təxribatçılıqdır. 

Teqlər