Yan 03, 2017 09:53 Asia/Baku
  • Braziliyada məhbusların qiyamında ölənlərin sayı artıb
    Braziliyada məhbusların qiyamında ölənlərin sayı artıb

Braziliyada məhbusların qiyamında ölənlərin sayı 60 nəfəri ötüb keçibdir.

Frans-Press-in məlumatına görə, Amazonas əyalətinin təhlükəsizlik rəsmisi Sergio Fuentes dünən deyib ki, bu qiyam bazar günü bu əyalətin mərkəzi olan Manaus şəhəri ətrafındakı zindanda narkotik maddələr qaçaqmalçılığı üzrə iki rəqib arasında başlanıb və 17 saat uzun sürüb. O, bu qiyamda ölənlərin sayını 60 nəfər elan edib.

Bu braziliyalı təhlükəsizlik rəsmisi bildirib ki, həmin toqquşmadakı qurbanların bir çoxunun başı kəsilibdir.

Sergio Fuentes ölənlərin hamısının məhbuslardan olduğunu bildirib.

İndiyədək bu qiyam zamanı məhbusların ehtimal üzrə qaçmaları miqdarı barədə məlumat yayılmayıb.

Beynəlxalq nəzarətçi qruplar məhbəslərdəki izdihama görə, Braziliyanı kəskin tənqid edirlər, zira onlarda ölümcül qiyamların baş verməsi adi hal alıbdır.

Teqlər