Yan 08, 2017 09:49 Asia/Baku
  • Almaniyada miqrantların aksiyası
    Almaniyada miqrantların aksiyası

Miqrantlar Almaniyada aksiya keçiriblər.

Press TV-nin məlumatına görə, Almaniyanın Hamburq şəhəri ötən gün aksiyanın şahidi olub. Bu aksiyada iştirak edənlər əfqan miqrantların Almaniyadan çıxarılmasına dair hökumətin prqoramına etiraz ediblər. Onlar insan haqlarının sərhəd tanımadığını deyiblər. 

Oktyabr ayında Kabil Berlinlə anlaşma imzalayıb. Anlaşmaya əsasən, Almaniya miqrantlıq ərizəsini qəbul etmədiyi əfqanları Əfqanıstana qaytara bilər. 

Bu məlumata görə, miqrantlıq ərizəsi olan 2500 əfqan Almaniyada yaşayır. Əfqanlar Almaniyada miqrantlıq ərizəsi verən ikinci xarici ölkə vətəndaşları hedab olunurlar. 

Almaniyada miqrantlara qarşı emosiyaların güclənməsi bu ölkə hökumətinin də bu istiqamətdə sərt siyasətlər yürütməsi ilə nəticələnib. 

Almaniyanın Bayern Xristian Sosial Birlik partiyasının sədri Horst Seehofer şənbə günü miqrantların qəbulu ilə əlaqədar qanunların sərtləşdirilməsini istəyib. 

Horst Seehofer bildirib: Sərhəd nəzarətləri artırılmalıdır və həmçinin Berlin tərəfindən miqrant qəbulu Avropa Birliyinə üzv ölkələrdə miqrantların paylaşdırılması ilə bağlı anlaşmalara əsasən aparılmalıdır. 

Almaniyanın Bayern Xristian Sosial Birliyi partiyasının sədri deyib: Almaniya potensiallarına əsasən çoxlu sayda miqrant qəbul etməməlidir. 

 

Teqlər