Rusiyanın Türkiyədəki səfirinin terroru ilə əlaqədar 5 nəfər saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i254953-rusiyanın_türkiyədəki_səfirinin_terroru_ilə_əlaqədar_5_nəfər_saxlanılıb
Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Türkiyədəki səfiri Andre Karlovun terroru ilə əlaqədar 5 nəfər saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 16:00 Asia/Baku
  • Rusiyanın Türkiyədəki səfirinin terroru ilə əlaqədar 5 nəfər saxlanılıb
    Rusiyanın Türkiyədəki səfirinin terroru ilə əlaqədar 5 nəfər saxlanılıb

Türkiyənin Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Türkiyədəki səfiri Andre Karlovun terroru ilə əlaqədar 5 nəfər saxlanılıb.

Anadolu xəbər agentliyi İzmir prokurorluğuna istinadən bildirib ki, Rusiyanın Türkiyədəki səfirini terror edən şəxsin polis akademiyasındakı dostlarından 5 nəfəri saxlanılıb və onlardan 4 nəfərinin Fətullah Gülən hərəkatına tabe olduğu bildirilib. 

Türkiyə rəsmiləri öncə gülənçiləri Karlovun terror amili təqdim etmişdilər, Fətullah Gülən isə bu ittihamı rədd etmişdir. 

Türkiyə polisinin xüsusi təyinatlı qüvvələrinin zabiti Mövlud Mert Altın ötən miladi ili dekabrın 19-da Rusiyanın Ankaradakı səfiri Andre Karlovu güllələyərək qətlə yetirdi. 

Türkiyə mediaları öncə bildirmişdilər ki, terror aktını törədən şəxsin valideynləri, bacısı və qohumlarından iki nəfəri də istintaq üçün saxlanılıblar.