Rusiya rəsmisi: Lazım gələrsə Rusiya hərbi gəmiləri Aralıq dənizinə qayıdacaqlar
https://azeri.sahartv.ir/news/dünya-i255136-rusiya_rəsmisi_lazım_gələrsə_rusiya_hərbi_gəmiləri_aralıq_dənizinə_qayıdacaqlar
Rusiya lazım gəldiyi təqdirdə öz hərbi gəmilərini Aralıq dənizinə qaytaracağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2017 08:18 Asia/Baku
  • Rusiya rəsmisi: Lazım gələrsə Rusiya hərbi gəmiləri Aralıq dənizinə qayıdacaqlar
    Rusiya rəsmisi: Lazım gələrsə Rusiya hərbi gəmiləri Aralıq dənizinə qayıdacaqlar

Rusiya lazım gəldiyi təqdirdə öz hərbi gəmilərini Aralıq dənizinə qaytaracağından xəbər verib.

Suriyanın Əl-Əxbariyə telekanalı bildirib: Rusiya terrorizm ilə mübarizədə Suriyaya yardımın edilməsində ciddidir və müxtəlif zaman kəsimlərində fərqli taktikalardan istifadə edir.  Rusiyanın Hərbi Dəniz Donanmasını Ümumi Hİmayə Hərəkatının sədri Mixail Nenaşov bildirib ki, Rusiya ən qısa zamanda Aralıq dənizinə daha artıq hərbi gəmi göndərmək qüdrətinə malikdir. 

M.Nenaşov əlavə edib: Admiral Kuznetsov təyyarə daşıyan gəmi və Böyük Pyotr savaş gəmisi habelə, digər hərbi gəmilər Suriyada terrorçulara qarşı hərbi əməliyyatlara havadan dəstəyin verilməsində böyük rol oynayıblar. İndi bu gəmilər öz missiyalarını başa vuraraq, məntəqəni tərk ediblər. Lakin, lazım gələrsə, yenidən Aralıq dənizinə qayıtmaq üçün tam hazırlığa malikdirlər.