Yan 09, 2017 11:49 Asia/Baku
  • “Volkswagen” 100 mindən çox avtomobilini geri çağırdı
    “Volkswagen” 100 mindən çox avtomobilini geri çağırdı

“Volkswagen” şirkəti 100 mindən çox avtomobilin geri çağırılması barədə qərar çıxardıb.

Texniki nasazlıq bir daha Almaniyanın iri avtomobilqayırma şirkətini problemlə üzləşdirib. “Volkswagen” şirkətinin ABŞ üçün istehsal etdiyi avtomobillərdin əyləc sistemində nasazlığın olması bir daha qalmaqal yaradıb. 

“Volkswagen” şirkətinin rəsmiləri 136 000 avtomobili, əyləc sistemlərinin yenidən nəzərdən keçirilməsi üçün, geri çağırılmasından xəbər veriblər. 

2015-ci ilin sentyabrında da “Volkswagen” şirkəti Amerikada böyük rüsvayçılıq ilə üzləşmişdi. Belə ki, bu şirkətin, istehsal etdiyi avtomobillərin çirkləndiricilərə nəzarət sistemi barədə, fırıldaqçılıq etdiyi aşkar olmuşdu. Bu sistemlərdən “Volkswagen” şirkətinin istehsalı olan 11 milyona yaxın avtomobildə istifadə edilib. 

Teqlər