Asanj MKİ-nin Rusiya barədəki hesabatının siyasi xarakter daşıdığını deyib
-
Asanj MKİ-nin Rusiya barədəki hesabatının siyasi xarakter daşıdığını deyib
İfşaçı Vikiliks portalının təsisçisi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın ABŞ-da son prezident seçkilərində rolu olmasına dair son hesabatını qınayaraq onu siyasi məqsədlər gücən mətbuat bəyanatı adlandırıb.
FransPress-in Londondan verdiyi məlumata görə, Culian Asanj dünən internet konfransında deyib: MKİ-nin Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi barədə hesabatı siyasi məqsəd güdən mətbuat bəyanatı olub və bu iddianı isbat etmək üçün heç bir dəlil-sübut təqdm edilməyib.
MKİ özünün son hesabatında bildirib ki, Rusiya ilə əlaqədə olan bəzi şəxslər Demokrat Partiyasının eləcə də bu partiyanın prezident seçkilərinə namizədi Hillari Klintonun seçki qərargahının rəisi Con Padestanın hak olunmuş Email-larını Vikiliks portalına çatdırıblar.
Asanj deyib: Səmimi olaraq qeyd etməliyəm ki, bu hesabat Amerikanın kəşfiyyatının imicini ciddi zədələyir.
Twitter-in video xidməti vasitəsi ilə çıxış edən Vikiliks portalının təsisçisi deyib: Bu hesabatın siyasi məqsəd güddüyünü onda başa düşmək olur ki, onun bəzi hissələrində Rusiya dövlətinin Donald Tramp xüsusundakı məqsədlərinə toxunulub və bu hesabat ABŞ-ın yeni prezidentinin legitimliyinə xələl gətirmək məqsədi güdən siyasi hücum xarakteri daşıyır.
Rusiya ABŞ-da son prezident seçkilərinə qarşı hər hansı kibernetik müdaxilə iddialarını rədd edib və bu iddiaların təkrar səsləndirilməsinin xülyalardan mənşə aldığını bildirib.