Trampın andiçmə mərasimi üçün güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub
https://azeri.sahartv.ir/news/dünya-i255406-trampın_andiçmə_mərasimi_üçün_güclü_təhlükəsizlik_tədbirləri_nəzərdə_tutulub
Amerika Milli Qvardiyası ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi üçün geniş təhlükəsizlik tədbirlərinin icrasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2017 16:53 Asia/Baku
  • Trampın andiçmə mərasimi üçün güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub
    Trampın andiçmə mərasimi üçün güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub

Amerika Milli Qvardiyası ABŞ-ın seçilmiş prezidentinin andiçmə mərasimi üçün geniş təhlükəsizlik tədbirlərinin icrasından xəbər verib.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün ABŞ milli qvardiyasının 5 min qüvvəsi hazır vəziyyətə gətiriləcək. ABŞ paytaxtı Vaşinqtonda da güclü təhlükəsizlik tədbirləri nəzərdə tutulub. 

Donald Trampın andiçmə mərasimi 2017-ci il 20 yanvarda elə bir şəraitdə keçiriləcək ki, həmin gün üçün Ağ ev qarşısında geniş etiraz aksiyasına çağırışlar edilib. 

Müxalif qruplar Trampın andiçmə mərasimi günü üçün nəzərdə tutulan etiraz aksiyasına 200 min insanın qatılacağını deyirlər.