Tramp tərəfindən Amerika Milli Təhlükəsizlik Təşkilatı haqda məlumatın yayılması rədd olunub
https://azeri.sahartv.ir/news/dünya-i255799-tramp_tərəfindən_amerika_milli_təhlükəsizlik_təşkilatı_haqda_məlumatın_yayılması_rədd_olunub
Amerika Milli Təhlükəsizlik Təşkilatının rəisi bu ölkənin seçilmiş prezidenti tərəfindən həmin təşkilat barədə informasiyanın yayılmasını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2017 16:29 Asia/Baku
  • Tramp tərəfindən Amerika Milli Təhlükəsizlik Təşkilatı haqda məlumatın yayılması rədd olunub

Amerika Milli Təhlükəsizlik Təşkilatının rəisi bu ölkənin seçilmiş prezidenti tərəfindən həmin təşkilat barədə informasiyanın yayılmasını rədd edib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Amerika Milli Təhlükəsizlik Təşkilatının rəisi Ceyms Klapper(James Clapper) dünən bildirib ki, bu ölkənin seçilmiş prezidentinin müşavirlərinin Tramp barədə Rusiya və Kreml kəşfiyyatı ilə həmkarlıqları məsələsi Amerika Milli Təhlükəsizlik Təşkilatından sızmayıbdır. 

Amerika Milli Təhlükəsizlik Təşkilatının rəisi belə bir halda ifşa olunmuş informasiyaları bu ölkənin milli təhlükəsizliyi üçün ciddi bir təhdid adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov da bu ölkənin kəşfiyyat təşkilatlarının ABŞ-ın seçilmiş prezidenti Donald Trampdan məlumatlar toplamaları barədəki xəbərləri rədd edib.

ABŞ rəsmiləri son aylarda Rusiyanın kəşfiyyat orqanlarının casusluq məsələsini irəli sürüblər ki, bu da Kremlin mənfi reaksiyası ilə üzləşibdir.