Kreml: Tramp barədə son məlumatlar yalandır
-
Dmitri Peskov
Kreml rəsmiləri deyirlər ki, Rusiyanın ABŞ-ın seçilmiş prezidenti Donald Tramp barədə rüsvayedici məlumatlar topladığına dair məlumatlar tamamilə yalandır.
Rusiya hökumətinin sözçüsü Dmitri Peskov cümə axşamı müxbirlərə deyib: Kremldə Tramp barədə rüsvayedici heç bir məlumat yoxdur, bu məlumat həqiqətdən uzaqdır və sadəcə fantastik nağıldır.
Peskov tamamilə saxta adlandırdığı məlumatın Vaşinqon-Moskva əlaqələrini əngəlləmək məqsədi güddüyünü bildirərək Rusiya rəsmilərinin bu kimi məlumatları toplamadıqlarını bildirib.
Eyni zamanda Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: Biz hər gün ABŞ ilə əlaqədar məlumatları nəzərdən keçiririk " Rusiyaya qarşı yeni sanksiyalar, Suriya müxalifətinə havadan müdafiə sisteminin təhvil verilməsi, xarici siyasətin bütün sahələrinə ziyanlıdır. Allah dünyanı 7 gündə yaratdı, Obama dövlətinin onu məhv etmək üçün 9 gün fürsəti var"-deyə M.Zaxarova bildirib.