Vaşinqtonda irqçilik əleyhinə aksiya
https://azeri.sahartv.ir/news/dünya-i256270-vaşinqtonda_irqçilik_əleyhinə_aksiya
ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə beş gün qalmış amerikalı etirazçılar "Biz meydanı boşaltmayacağıq" adlı yürüşlə Vaşinqton küçələrinə axışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2017 07:31 Asia/Baku
  • Vaşinqtonda irqçilik əleyhinə aksiya
    Vaşinqtonda irqçilik əleyhinə aksiya

ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə beş gün qalmış amerikalı etirazçılar "Biz meydanı boşaltmayacağıq" adlı yürüşlə Vaşinqton küçələrinə axışıblar.

İRİB-in məlumatına görə, vətəndaş hüququ fəalı Al Şarptonun rəhbərliyi ilə amerikalı etirazçılar Vaşinqtonda yürüş keçirərək yeni hökumətdə qaradərililər qarşısında ədalətin icra olunmasını istəyiblər. 

Amerikalı etirazçılar bildiriblər: Bərabərlik və ədalətin icrası üçün Tramp hökuməti ilə mübarizəni davam etdirəcəklər. 

Nyu-Yorkda iş adamlarından olan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika sərhədinin bağlanması və müsəlman miqrantların bu ölkəyə gəlişininin qadağan edilməsi kimi populist şüarlarla prezident seçkilərinin qalibi ola bilmişdir.