Yan 17, 2017 17:51 Asia/Baku
  • BMT: Var gücümüzlə ilə nüvə anlaşmasını himayə edəcəyik
    BMT: Var gücümüzlə ilə nüvə anlaşmasını himayə edəcəyik

BMT İranın 5+1 qrupu ilə nüvə anlaşmasının icrasının birinci ildönümü günü münasibətilə verdiyi bir müraciətdə tərəflərin bu anlaşmanın icrasına əzmkar olmalarından razılıq edərək, bütün tərəflərin onun maddələrinin icrasına sadiq olmalarının davam etməsini istəyib.

IRIB-nin məlumatına görə, BMT baş katibi sözçüsünün əvəzedicisi Fərhan Həqq dünən bir mətbuat konfransında nüvə anlaşmasının icrasının birinci ildönümünü İran ilə dünya ölkələri arasında tarixi bir nailiyyət adlandırıb. O, bu beynəlxalq orqanın nüvə anlaşmasını rəğbətlə qarşıladığını və ondan razı qaldığını bildirərək, nüvə anlaşmasını region sülhü və təhlükəsizliyinə zəmanət və İranın nüvə proqramlarının dinc məqsədli olmasından əmin olmaq  üzrə diplomatik səylərin önəminə bir təkid adlandırıb və bu anlaşmanın bütün tərəflərinin bir daha cari milad ayının onunda Vyanada keçirilən iclasda iştirakla onun təsirli icrası istiqamətində öz əzmkarlıqlarını vurğulamalarından razılıq edib.

Bununla bağlı, MAQATE də bazar ertəsi günü bir bəyanatda İranın Fordo nüvə təsisatlarında yerləşdirilmiş yüzlərlə sentrifuqanın çıxarıldığını təsdiq edərək, bildirib ki, İran indiyədək nüvə anlaşması qarşısındakı bütün öhdəliklərinə əməl edibdir.

Teqlər