Rusiya Suriya böhranının həllini vurğulayıb
Yan 25, 2017 20:05 Asia/Baku
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Moskva Suriyadakı təcili məsələlərin həlli məqsədilə Ankara və Tehranla həmkarlıqları artırmaq əzmindədir.
TASS-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün vurğulayıb: Öncə hərbi orqanlar vasitəsilə göstərilən ahəngdar səylərə əsasən, Hələbin terror qruplarının əlindən çıxarılması reallaşdı, sonra da ötən ilin 29 dekabr razılaşmasına əsasən, atəşkəs tətbiq olundu.
Rusiyanın xarici işlər naziri Suriyanın yeni əsas qanununun ilkin mətni barədə isə deyib: Bu qanunun ilkin mətni paylanmaq ərəfəsindədir və onun hazırlanması üçün də səy göstərilibdir ki, müxaliflərin, dövlətin və digər ölkələrin nəzərdə tutduqları məsələlər qeyd edilsin.