Nyu-Yorkda anti-Tramp aksiyalar davam edir
-
Nyu-Yorkda anti-Tramp aksiyalar davam edir
Nyu-Yorkda çoxlu sayda adam yeni prezidentin siyasətlərinə qarşı etiraz aksiyası keçirib.
İRİB-in verdiyi məlumata görə, ABŞ-ın yeni prezidenti Donald Trampın Amerika ilə Meksika araında divar inşa etmək cəhdləri ilə eyni zamanda Nyu-Yorkda çoxlu sayda adam miqrantların hüquqlarını müdafiə üçün aksiya keçirib.
Bu məlumata görə, aksiyaçılar üzərində müsəlman və suriyalı miqrantların hüquqlarını dəstəkləyən şuarlar yazılmış plakatlar daşıyaraq Tramp hökumətinin siyasətlərini pisləyiblər. Aksiya Nyu-Yorkun Skver Park ərazisində keçirilib.
Etirazçılar bildiriblər ki, amerikalı müsəlmanlar özlərini təcrid olunmuş kimi hiss etməməli, onlarla qəribələr kimi rəftar olunmamalıdır. Nümayişçilər bildiriblər ki, Trampın prezidentliyə namizəd olduğu gündən ölkədə islamofobiya güclənib və hələ də genişlənməkdədir, ona görə ki, Tramp irqçi və anti-müsəlmanları vəzifəyə təyin edib.
Yanvarın 20-də Donald Trampın and içmə mərasimindən başlayaraq Amerika və bir çox ölkələr ona qarşı geniş etiraz aksiyalarının şahididir. Etirazlar Trampın qərarlarını hədəfə alır, həmin qərarlara Meksika sərhədlərinə divar çəkilməsi və yaxud Amerikada yaşayan miqrantların qovulmasını misal göstərmək olar.