Amerikalı hakim Trampın fərmanına qarşı hökm çıxarıb
-
Amerikalı hakim Trampın fərmanına qarşı hökm çıxarıb
Amerika Federal Məhkəməsinin bir hakimi prezidentin fərmanına qarşı fövqəladə hökm çıxarıb.
İRİB-in verdiyi məlumata görə, Nyu-Yorkun şərqində Broklin bölgəsində fəaliyyət göstərən Federal Məhkəmənin hakimi bu gün bir hökm verərək bildirib ki, qanuni vizaya malik olmalarına rəğmən ABŞ prezidentinin fərmanına əsasən hava limanlarında sərgərdan qalan miqrantlar və xarici ölkə vətəndaşları, ölkələrinə qaytarılmamalıdırlar.
Amerikanın ictimayi azadlıqlar birliyi elan edib ki, ABŞ prezidentinin son fərmanı həbs edilmiş yaxud Amerikaya köçürülməkdə olan 100-200 adamın taleyinə təsir edəcək.
ABŞ prezidentinin anti-miqrant fərmanına qarşı olanlar Nyu-York şəhərinin Can F.Kennedi hava limanında etiraz aksiyası keçirib.
ABŞ prezidenti Donald Trapm cümə günü bir fərman imzalayaraq İran da daxil 7 ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına qadağa qoyub.
Trampın bu fərmanı bir çox ölkələr o cümlədən də Avropa Birliyi ölkələri, eləcə də Birləşmiş Millətlər Təşkilatının kəskin tənqidlərinə səbəb olub.