19 min alim Trampın fərmanına etiraz edib
Yan 31, 2017 15:34 Asia/Baku
-
19 min alim Trampın fərmanına etiraz edib
ABŞ prezidentinin 7 müsəlman ölkənin vətəndaşlarına viza qadağası tətbiq edən fərmanına qarşı imza toplama kampaniyasına qatılan alimlərin sayı 19 min nəfərə çatıb.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, dünənin son saatlarınadək bu kampaniyanı imzalayan alimlərin sayı 19 minə çatıb.
ABŞ prezidenti cümə günü ABŞ ərazilərinə miqrantların daxil olmasını ciddi məhdudlaşdıran bir fərman imzaladı, bu qərar Avropa və dünya ölkələrinin eləcə də BMT-nin kəskin tənqidlərinə səbəb olub.
Trampın fərmanının icrasından sonra ABŞ hava limanlarında bir neçə miqrant həbs edilib.
Teqlər