Rusiya: İran BMT qətnaməsini pozmayıb
-
Rusiya: İran BMT qətnaməsini pozmayıb
Rusiyanın xarici işlər nazirinin müavini deyib: İranın orta mənzilli raket sınağı BMT-nin İranın nüvə işi barədəki qətnaməsi ilə ziddiyyət təşkil etmir.
FransPress-in verdiyi məlumata görə, Rusiya XİN başçısının müavini Sergey Riyabkov bu gün deyib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində İran üçün orta mənzilli raket sınağına qadağa nəzərdə tutulmayıb.
Riyabkov BMT TŞ-nin İranın orta mənzilli raket sınağını araşdırmaq üçün təcili iclasa çağırmasının siyasi xarakter daşıdığını bildirib.
Avropa Birliyi də İranın raket sınağına reaksiya verib. BMT TŞ Amerika və sionist rejimin çağırışı əsasında İranın raket sınağı barədə fövqəladə iclas keçirəcək.
BMT TŞ-nin 2231 saylı qətnaməsi İranı sadəcə nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş balestik raketlərin sınağından çəkindirib. İran öz raketlərinini heç birinin belə bir qabiliyyət üçün nəzərdə tutulmadığını bildirir.