ABŞ Nümayəndələr Palatasının rəhbəri Trampın qərarının icrasından təəssüfləndi
https://azeri.sahartv.ir/news/dünya-i258549-abŞ_nümayəndələr_palatasının_rəhbəri_trampın_qərarının_icrasından_təəssüfləndi
ABŞ Nümayəndələr Palatasının sədri bu ölkə prezidentinin son icra fərmanından utandığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2017 08:04 Asia/Baku
  • Trampın qərarının icrası təəssüfləndiricidir
    Trampın qərarının icrası təəssüfləndiricidir

ABŞ Nümayəndələr Palatasının sədri bu ölkə prezidentinin son icra fərmanından utandığını bildirib.

Associated Pressin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının sədri Poul Rayan bildirib: Amerika prezidenti Donald Trampın yeddi müsəlman ölkəsi vətəndaşlarının Amerikaya səfər etməsi haqda icra fərmanının yaratdığı naməlum məsələlər təəssüfləndiricidir. 

Poul Rayan bildirib: Trampın miqrantlıqla bağlı qərarı Respublikaçıların siyasətləri və prinsipləri ilə koordinasiya edilib. 

ABŞ-ın təhlükəsizlik məmurları yeddi müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girişini qadağan etmək üzrə Donald Trampın fərmanının formatının nöqsanlarını etiraf edib və onlardan biri deyib ki, bu qadağa ehtimal üzrə tezliklə ləğv edilməyəcək.

Donald Tramp cümə günü terror hücumları qarşısında Amerikanın mühafizəsi adlı fərmanı imzalayıb. Bu fərmana əsasən, miqrantların Amerikaya girişi 4 ay və yeddi ölkə vətəndaşının bu ölkəyə səfəri 90 gün müddətinə yasaqlanıb.