Ukraynanın şərqində toqquşmalarda 19 adam ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i258679-ukraynanın_şərqində_toqquşmalarda_19_adam_ölüb_və_yaralanıb
Ukraynanın şərq bölgələrində toqquşmalar şiddətlənib. Müxaliflər ordunu 19 nəfərin ölümü və yaralanmasında ittiham ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 09:00 Asia/Baku
  • Ukraynanın şərqində toqquşma
    Ukraynanın şərqində toqquşma

Ukraynanın şərq bölgələrində toqquşmalar şiddətlənib. Müxaliflər ordunu 19 nəfərin ölümü və yaralanmasında ittiham ediblər.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna müxalifəti dünən bildirib ki, Ukrayna ordusu Donetsk bölgəsini raketlə hədəfə alıb və bunun nəticəsində 2 nəfər ölüb və 13 nəfər yaralanıb. 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının nəzarətçiləri dünən bir hesabat yayaraq Ukrayna ordusunun Avdiivka şəhərində T-64 tipli 4 tank yerləşdirməsindən xəbər vermişdilər. 

Nəzarətçilər öz hesabatlarında bu tankların ərazidə yerləşdirilməsinin bəzi razılaşmalara zidd olduğunu bildiriblər. BMT Təhlükəsizlik Şurası da çərşənbə axşamı təcili iclas keçirərək toqquşan tərəflərdən dərhal Ukraynanın şərqindəki zorakılıqlara son qoymalarını istəyib. 

Rusiya prezidenti Vladimir Putin dünən Budapeştdə Macarıstanın baş naziri Viktor Urban ilə görüşündən sonra mətbuat konfransında etdiyi çıxışında Ukrayna dövlətinin bu ölkənin şərqində baş verən son qarşıdurmalara başlayan tərəf olduğunu deyib.

Rusiya prezidenti bildirib: Ukrayna başçıları qərb ölkələrindən maliyyə yardımlar almağa çalışırlar. Məhz buna görə də özlərini iddia etdikləri hücumun qurbanı kimi göstərməyə çalışırlar.  Ukrayna dövləti Minsk razılaşmalarına riayət etməyi məqsədə uyğun görmür, bu da ölkənin şərqində silahlı toqquşmaların başlanmasına səbəb olub. Ukrayna dövlət qüvvələri ilə müxaliflər arasında ölkənin şərqində gedən son qarşıdurmalar ABŞ-ın yeni hökumətinin diqqətini çəkmək uçün başladılan manevrdən ibarətdir. 

Cümə toqquşmalarının səbəbkarı Ukrayna dövlətidir və özlərini könüllü adlandıranlar bazar günü müxaliflərin nəzarətində olan bölgələrə daxil oldular. 

Öncə Avropa Şurasının sədri Donald Tosk rəsmi Moskvanı istəmişdi ki, Ukraynanın şərqində yerləşən müxalifətə olan nüfuzundan istifadə edərək son günlər baş verən toqquşmaların qarşısını almağa çağırmışdı. 

2014-cü ildə Ukraynanın keçmiş hökuməti devrildikdən və qərb yönümlü iqtidarın hakimiyyətə gəlməsindən sonra müxalifət ilə hökumət qüvvələri arasında toqquşmalar başlandı. Ukraynanın şərqində gedən toqquşmalarda indiyədək 9 min 500 adam ölüb, 21 mindən çox insan yaralanıb.