Britaniya Rusiyanı kiber hücumda suçlayıb
https://azeri.sahartv.ir/news/dünya-i258707-britaniya_rusiyanı_kiber_hücumda_suçlayıb
Britaniyanın müdafiə naziri Rusiyanın qərbdə stabilliyi pozmaq və NATO-nu sınamaq üçün kiber silahlardan istifadə etdiyini iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2017 13:35 Asia/Baku
  • Britaniya Rusiyanı kiber hücumda suçlayıb
    Britaniya Rusiyanı kiber hücumda suçlayıb

Britaniyanın müdafiə naziri Rusiyanın qərbdə stabilliyi pozmaq və NATO-nu sınamaq üçün kiber silahlardan istifadə etdiyini iddia edib.

İRİB-in verdiyi məlumata görə, Britaniyanın müdafiə naziri Mişel Fallon Rusiyanı qərbin infranstrukturlarına ziyan yetirmək üçün kibernetik hücumlara səy göstərməkdə ittiham edib. 

Britaniyanın müdafiə naziri NATO-dan bu təşkilatın kibernetik hücumlara qarşı müdafiə sistemini Rusiyanın hücumları qarşısında gücləndirməyə çağırıb. 

Kremlin sözçüsü Dmitri Peskov isə Amerika və qərb ölkələrinin Rusiyaya qarçı ittihamlarını əsassız adlandıraraq deyib: Qərb Rusiyanın kiber hücumlarına dair iddiaları üçün heç bir fakt təqdim etməyib.