BMT baş komissarı Trampın göstərişini tənqid edib
BMT-nin didərginlərin məsələləri üzrə baş komissarı ABŞ prezidenti Donald Trampın mühacirlərin bu ölkəyə daxil olmalarının dayandırılmasına dair göstərişini tənqid edib.
ISNA-nın məlumatına görə, BMT-nin didərginlərin məsələləri üzrə baş komissarı Filpio Qrandi digər ölkələrdən istəyibdir ki, "ölkələrində müharibə" qorxusundan didərgin düşmüş şəxslərə öz ərazilərində sığınacaq versinlər.
Qrandi Beyrutda etdiyi çıxışında suriyalı didərginlər barədə belə deyib: Bu şəxslər təhlükədən qaçıblar, amma özləri təhlükəli deyillər; onları səxavət və açıq qucaqla qəbul etmək lazımdır. Heç vaxt onlar təhlükə yaradan amillər və ya təhdid kimi qələmə verilməməlidirlər, zira doğrudan da, belə deyildir.
BMT-nin didərginlərin məsələləri üzrə baş komissarı söyləyib: Trampın didərginlərin Amerika ərazisinə daxil olmalarını 120 gün müddətinə qadağan etməsi barədəki hökmü təqribən 20 min nəfəri təsir altına alacaq.
Qrandi vurğulayıb: BMT didərginlərin heç biri üçün ayrı-seçkilik nəzərdə tutmur. Hər bir qövm və məzhəbdən olan bütün zəif şəxslər belə bir fürsətə malik olmalıdırlar ki, Amerikada qaçqınların qəbul edilərək yerləşdirilməsi proqramının yenidən bərqərarından sonra bu haqqa malik olmuş olsunlar.
Trampın imzaladığı hökmə əsasən, Suriyadan olan didərginlər naməlum müddətə, digər ölkələrdən olan didərginlər isə 120 gün müddətinə Amerika torpağına girmək haqqına malik deyillər.