Tramp əleyhinə etirazlar davam etməkdədir
https://azeri.sahartv.ir/news/dünya-i258937-tramp_əleyhinə_etirazlar_davam_etməkdədir
ABŞ-ın 48 universitetinin rəhbəri bu ölkə prezidentindən miqrantlara qadağaya son qoymasını istəyib. BMT-nin miqrantlar üzrə ali komissarı da bildirib ki, biz miqrantların qəbulunun yasaqlanması üzrə Trampın qərarının mənfi nəticələrindən nigaranıq. Amerikanın müxtəlif şəhərləri və Avropa paytaxtları Birləşmiş Ştatların prezidenti əleyhinə ictimai etirazların şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 15:24 Asia/Baku
  • Tramp əleyhinə etirazlar davam etməkdədir
    Tramp əleyhinə etirazlar davam etməkdədir

ABŞ-ın 48 universitetinin rəhbəri bu ölkə prezidentindən miqrantlara qadağaya son qoymasını istəyib. BMT-nin miqrantlar üzrə ali komissarı da bildirib ki, biz miqrantların qəbulunun yasaqlanması üzrə Trampın qərarının mənfi nəticələrindən nigaranıq. Amerikanın müxtəlif şəhərləri və Avropa paytaxtları Birləşmiş Ştatların prezidenti əleyhinə ictimai etirazların şahidi olub.

Qalmaqallı Trampın idarəetmə funksiyasına 20 gün etiraz.

Təxminən 2 həftədir ki, Tramp buraya, Ağ Evə gəlib. Amma qarşısında təxminən 3 həftədir ki, Amerikanın müxtəlif şəhərləri bu prezident və onun qərarlarına qarşı çıxanların etirazlarının şahididir. Etirazlar 7 müsəlman ölkəsi vətəndaşlarının bu ölkəyə girişini qadağan edən və bu ölkə ilə Meksika sərhədində divarın çəkilməsini istəyən fərmanın imzalanması ilə bu günə qədər davam etməkdədir. Aksiyalar Amerikanın hər tərəfində, xüsusilə də Vaşinqtonda, Ağ Ev, Trampa aid otelin önündə, Nyu-York, Çikaqo, Ditroyt və Mayamidə təxminən hər gün, hətta gecə yarısına qədər davam edir.

ABŞ vətəndaşı deyib: Mən bura gəlmişəm və var-gücümlə elan edirəm ki, hər bir keçmişi olan hər bir şəxs bu ölkəyə daxil ola bilər. Amerika miqrantlara əsasən yaranmışdır. Amma Tramp qorxu şəraiti yaradaraq problemlərə yol açır.

Başqa bir amerikalı deyib: Bura öz prezidentimizin yanlış rəftarına etiraz etmək üçün gəlmişik. Biz bir zalımın bir ölkəni idarə etməsinə icazə verməməliyik. Mənə icazələrin verildiyi ölçüsdə müsəlmanların haqq-hüququ vardır.

Əlbəttə ABŞ prezidenti digər ölkələrin qəzəbi və etirazından kənarda qalmamışdır. Avropa qitəsinin müxtəlif bölgələrində minlərlə avropalı Trampın irqçilik qərarına öz nifrətlərini bəyan etmişdir. Etirazçılar Londonda baş nazir Tereza Mey və bəzi ərəb ölkələri, o cümlədən Ərəbistan və Əmirliklərin Trampa dəstəyini utandırıcı və onların zəifliyinin kulminasiya nöqtəsini əks etdirdiyini bildiriblər. Bu aksiya Amerikanın Londondakı səfirliyi önündən bir neçə kilometr uzunluqda İngiltərə baş nazirliyinin ofisinə qədər uzanıb. Və bildirilir ki, İngiltərədə son aylarda ən irimiqyaslı etiraz aksiyalarından biri olmuşdur. Londondan əlavə, etirazçılar Mançester və Birmenqemdə küçələrə axışıblar.

İngiltərə vətəndaşı deyib: Biz Tramp və onun pis düşüncələri əleyhinə buraya gəlmişik. Onun strategiyaları dünya üçün təhlükəlidir və biz onun İngiltərəyə gəlməsini istəmirik.

Başqa bir ingilis deyib: Milyonlarla insan Trampın siyasətlərinin təsiri altına düşüb. Biz ona 1930-cu ilin irqçiliyini dünyada təkrarlamaq icazəsi verməyəcəyik və buraya gəlməsini istəmirik.

Fransa, Almaniya, Avstriya, İsveç və İspaniyada, Paris, Berlin, Vyana, Stokholm və Barselona şəhərləri “Müsəlmanlara qarşı ayrı-seçkiliyə yox” şüarlarının şahidi olub.

Bir avropalı deyir: Bizim etirazımız təkcə Trampla bağlı deyil, bizim qənaətimizcə, o Avropa və dünyadan əlini çəkməli və stabilliyi məhv etməməlidir.

Başqa bir avropalı deyir: Mən Trampdan heç nə qəbul etmirəm, heç nə.

Bir etirazçı deyib: Mən Berlində tibb tələbəsiyəm. Bir müddət öncə Florida Universitetinin qəbulunu almışam. Hətta təyyarə bileti də almışam. Amma hər şey bir gündə məhv oldu və bu çox ədalətsizlikdir.  

Etirazların davam etməsinə baxmayaraq, Tramp hələ də dediyindən əl çəkmir.