ABŞ diplomatları: Anti-miqrant fərman ABŞ təhlükəsizliyini zəiflədəcək
-
ABŞ diplomatları: Anti-miqrant fərman ABŞ təhlükəsizliyini zəiflədəcək
Amerikada 10 diplomat və yüksək səviyyəli kəşfiyyat rəsmisi Kaliforniya ştatında apellyasiya məhkəməsi üçün şahid qismində ifadə verərək bildiriblər ki, Donald Trampın anti-miqrant fərmanı uzun müddətdə ABŞ-ın təhlükəsizliyini zəiflədəcək.
İRNA-nın verdiyi məlumata görə, Amerikanın keçmiş dövlət katibləri Con Keri və Madlin Olbraytın, eləcə də bu ölkənin bir neçə yüksək səviyyəli kəşfiyyat rəsmiləri o sıradan Canet Napolitano, Suzan Raysk, Leon Paneta, Maykl Hayden, Con Mək Lahlin, Oriel Hains, Maykl Morel və Lisa Monakonun imzaladıqları məktub dünən San Fransisko şəhərinin apellyasiya məhkəməsinə təqdim edilib.
Məktubda deyilir ki, Amerika prezidentinin fərmanı pis tənzimlənib və onun icra mexanizmi problemlərlə doludur.
San Fransisko apellyasiya məhkəməsinin Siyatel şəhərinin hakimi Ceyms Rubartın cümə Trampın fərmanının ləğvinə dayir verdiyi hökmü barədə fikir bildirəcəyi gözlənilir.
Vaşinqton post qəzeti ilə ABC News telekanalının müştərək rəy sorğusuna əsasən amerikalıların 60 faizi yeni prezidentin siyasətlərini təsdiq etmir.