Trampın impiçmenti üçün 800 minə yaxın imza toplanıb
-
Trampın impiçmenti üçün 800 minə yaxın imza toplanıb
Amerikanın qalmaqallı prezidenti Donald Trampın impiçment edilməsi üçün açılmış veb-saytın topladığı imzalar 24 saatdan qısa bir zamanda 650 min imzadan 780 min 552 imzaya çatıb.
IRNA-nın məlumatına görə, bu hərəkətin təşəbbüskarları Amerika prezidentinin impiçmenti ilə razı olanların imzalarının qeydə alınması üçün "İndi, Trampı impiçment edin" veb-saytını açıblar.
Bu veb-sayt Trampın inauqurasiya günündə, yəni yanvarın 20-də açılıb və onun impiçment edilməsinin lehinə olan 650 min imza toplayıbdır.
Amerikanın qalmaqallı prezidentinin impiçment edilməsi ilə müvafiq olanların sayının çərşənbə axşamı günündən çərşənbə gününədək nəzərəçarpacaq dərəcədə artması imzaların daimi surətdə artıdığını göstərir. Belə ki, 24 saat ərzində 130 min nəfərdən çox insan bu çağırışa qoşulub.
Amerika prezidentinin impiçment edilməsi prosesi bu ölkənin əsas qanununa görə, çətin və vaxtaparan olacaq. ABŞ konqresi sübut etməlidir ki, bu ölkə prezidenti xəyanət, rüşvətxorluq və ya digər ağır cinayətlər törədibdir.
Bu çağırışın təşkilatçıları impiçment tərəfdarlarından istəyiblər ki, onu imza etməklə Amerika konqresini bu barədə təhqiqat aparmağa təşviq etsinlər.
Trampın o cümlədən müsəlmanlar qarşısındakı qalmaqallı və bəzi hallarda ədavətli qərarları dünya səviyyəsində nigarançılıqlar dalğasını yaradıb.
Vaşinqton Post və ABC Nyus qəzetlərinin son birgə rəy sorğusuna görə, amerikalıların təqribən altmış faizi bu ölkənin yeni prezidentinin fəaliyyətini təsdiq etmir.
Bundan öncə də İsveçrə və İngiltərə xalqları ayrı-ayrılıqda uzun internet məktublarını imzalayaraq, öz ölkələrinin başçılarından istəmişdilər ki, Trampın ədavətli mövqelərinə görə, onun bu ölkələrə girişinin qarşısını alsınlar.