ABŞ-ın Luiziana ştatında tufan nəticəsində 31 nəfər ölüb
Fev 09, 2017 19:11 Asia/Baku
-
ABŞ-ın Luiziana ştatında tufan nəticəsində 31 nəfər ölüb
ABŞ-ın Luiziana ştatında tufan nəticəsində azı 31 nəfər həyatını itirib.
IRIB-nin məlumatına görə, yerli vaxtla dünən səhər baş vermiş bu tufan nəticəsində onlarla nəfər də yaralanıb. Eləcə də Nyu-Orlean şəhərində və Luiziana ştatının digər məntəqələrində müəyyən miqdarda mənzil və elektrik xəttinə xəsarətlər dəyibdir.
Luiziana ştatının qubernatoru Con Bell Edvards da dünən böhranlı məntəqələrdə axtarış və insanların xilas edilməsi əməliyyatnı həyata keçirmək üçün bu ştatda fövqəladə vəziyyət elan edibdir.
Hazırda Luiziana sakinlərindən təqribən əlli min nəfər, o sıradan Nyu-Orlean şəhərində on min nəfər işığın kəsilməsi problemi ilə üz-üzədir.