Fev 11, 2017 10:24 Asia/Baku
  • Federika Mogerini
    Federika Mogerini

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru deyib: Bu birlik Amerika məsələlərinə qarışmır və Amerikadan da gözləyir ki, Avropa Birliyinin işlərinə müdaxilə etməsin.

İRNA-nın verdiyi məlumata görə, Federika Mogerini dünən Vaşinqtonda bir sıra ABŞ rəsmiləri ilə görüşündən sonra Britaniyanın baş naziri Tereza Meyin son Vaşinqton səfərinə toxunaraq deyib: Ən azından qarşıdakı iki ilədək London AB-nin üzvü qalacaq və üçüncü hər hansı bir ölkə ilə ikitərəfli ticarət müqaviləsi imzalamağa haqqı yoxdur. 

Mogerini həmçinin bütün tərəflər o cümlədən Amerikanın İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının tam icrasına sadiq qalmalı olduğunu vurğulayaraq bildirib ki, Vaşinqton Əhatəli Müştərək Təşəbbüs Proqramının tam icrasına öhdəlikli olduğu barədə onu arxayın edib. 

Teqlər