Tramp İrana qarşı çərənləyir
https://azeri.sahartv.ir/news/dünya-i259455-tramp_İrana_qarşı_çərənləyir
ABŞ prezidenti dünən İrana qarşı çərənləmələrini artırıb və İran prezidentinə "dediklərinə diqqətli ol" mesajı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 09:31 Asia/Baku
  • Tramp İrana qarşı çərənləyir
    Tramp İrana qarşı çərənləyir

ABŞ prezidenti dünən İrana qarşı çərənləmələrini artırıb və İran prezidentinə "dediklərinə diqqətli ol" mesajı verib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən Tehranda İslam İnqilabının qələbəsinin ildönümü günü mərasimində etdiyi çıxışında demişdi ki, İran xalqı ilə hörmətlə danışmaq lazımdır. 

Həsən Ruhani: "İranlılar onlara qarşı hədə-qorxu dili ilə danışanları peşman edəcək. İran dövləti və silahlı qüvvələrini təhdid edən kəs xalqımızın ayıq olduğunu bilməlidir"- deyə bildirmişdi. 

Tramp müxbirlərin İran prezidentinin dünənki sözləri barədə sualını cavablandırarkən deyib; "O diqqətli olsa daha yaxşı olar".