Türkiyə ordusu mövqelərinin bombalanmasına görə Ankara-Moskva arasında gərginlik
https://azeri.sahartv.ir/news/dünya-i259475-türkiyə_ordusu_mövqelərinin_bombalanmasına_görə_ankara_moskva_arasında_gərginlik
Türkiyə Ordusu Müştərək Qərargahı cümə günü bir bəyanatda bildirib: Rus tərəfinin bildirdiyinin əksinə olaraq Suriyanın Əlbab şəhərində Rusiya qırıcısı tərəfindən bombalanan Türkiyə hərbçilərinin mövqeləri 10 gün öncə müəyyənləşmiş və elan olunmuşdu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2017 14:47 Asia/Baku
  • Ankara-Moskva arasında gərginlik
    Ankara-Moskva arasında gərginlik

Türkiyə Ordusu Müştərək Qərargahı cümə günü bir bəyanatda bildirib: Rus tərəfinin bildirdiyinin əksinə olaraq Suriyanın Əlbab şəhərində Rusiya qırıcısı tərəfindən bombalanan Türkiyə hərbçilərinin mövqeləri 10 gün öncə müəyyənləşmiş və elan olunmuşdu.

İRNA-nın məlumatına görə, Rusiya qırıcısı tərəfindən Suriyanın şimalında Əlbab şəhəri ətrafında Türkiyə ordusu mövqeyinin yanlışlıqla bombalanması nəticəsində üç türk hərbçisi həlak olub, 11 nəfər də yaralanıb.

Kreml sözçüsü Dmitri Peskov xatırlatmışdı ki, təsadüfən Türkiyə ordusunun üç hərbçisinin həlak olması ilə nəticələnən Rusiyanın hərbi hava hücumları Türkiyə ordusu tərəfindən göndərilən məlumatlara əsasən həyata keçirilib və türk hərbçiləri bu məkanda yerləşməməli idilər4.

Suriyanın Əlbab şəhəri Türkiyənin sərhədlərinin 30 kilometrliyində yerləşir və şimal, qərb və şərq tərəfdən Türkiyə hərbçiləri və Suriya müxaliflərinin mühasirəsindədir.

Rusiyanın Suriyadakı hərbi iştirakı Dəməşqin rəsmi müraciəti əsasındadır. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Suriyadakı terrorçuların əsas hamilərindən biri olaraq 2016-cı il yayın sonlarında Suriyanın şimalında Fərat Qalxanı adı ilə İŞİD-in Türkiyə sərhədindən təmizlənməsi ilə bağlı iddia olunan məqsədlə təcavüzkar hərbi əməliyyata başlanmasına göstəriş verib.

Suriya dəfələrlə Türkiyədən hərbçilərini bu ölkə ərazisindən çıxarmasını istəyib.

Rəsmi Dəməşq ötən avqustda BMT və Təhlükəsizlik Şurasının baş katiblərinə iki ayrı ayrılıqda məktub ünvanlayaraq Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyat keçirməsini pisləmiş və onu bu ölkənin ərazi bütövlüyü pozulması və bəşəriyyətə qarşı cinayət adlandırmışdı.

Suriya böhranı prezident Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqləri, o cümlədən Türkiyənin dəstəklədiyi terror qruplarının irimiqyaslı hücumları ilə başlanmışdır.