Rusiya Kuril adalarına ad qoydu
Fev 11, 2017 16:36 Asia/Baku
-
Rusiya Kuril adalarına ad qoydu
Rusiya baş nazirinin imzası ilə Kuril adalarına ad qoyulub.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Rusiya və Yaponiya sərhədində Kurildə 5 ada şənbə günü baş nazir Dmitri Medvedyevin imzası ilə adlandırılıb. Bu adalara SSRİ rəsmilərinin adları verilib.
SSRİ-nin komandanlarından İqor Farxutdinovun adı da Kuril adalarının birinin adını daşıyır.
Adqoyma prosesi 2010-cu ildə təşkil olunmalı idi.
Rusiya və Yaponiyanın Kuril adalarının mülkiyyəti üzrə fikir ayrılığı vardır.
SSRİ-nin Qızıl ordusu II Dünya Müharibəsində Kuril adalarını ələ keçirib.
Bir neçə tur müzakirələrin keçirilməsinə baxmayaraq, bu adalar üzrə Rusiya və Yaponiyanın ixtilafı hələ də həll olunmamışdır.
Teqlər