Meksikada Tramp əleyhinə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i259690-meksikada_tramp_əleyhinə_etiraz_aksiyası
Minlərlə meksikalı müxtəlif şəhərlərdə aksiyalar təşkil edərək, ABŞ prezidenti Donald Trampı dünya əleyhinə təhdid adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2017 09:13 Asia/Baku
  • Meksikada Tramp əleyhinə etiraz aksiyası
    Meksikada Tramp əleyhinə etiraz aksiyası

Minlərlə meksikalı müxtəlif şəhərlərdə aksiyalar təşkil edərək, ABŞ prezidenti Donald Trampı dünya əleyhinə təhdid adlandırıb.

İRNA-nın məlumatına görə, meksikalı aksiya iştirakçılar bazar günü Donald Tramp əleyhinə şüarlar verərək, ABŞ prezidentini Amerika və Meksika üçün təhdid adlandırıblar. 

Trampın ABŞ prezidenti seçildiyi zamandan bu ölkənin Meksika ilə əlaqələri minimum həddə enib.

Tramp Meksika ilə sərhədləri beton divar ilə bağlayacağını elan edərək, Meksika xalqının qəzəbinə tuş gəlib. 

ABŞ prezidenti həmçinin, meksikalı mühacirləri cinayətkar adlandırıb. 

Tramp prezident seçkilərindən öncə davamlı olaraq irqçi çıxışlar edərək, prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişini qadağan edəcəyini və Meksika ilə sərhədlərini bağlayacağını deyərdi. 

 

Vaşinqton Post qəzeti və ABC telekanalının birgə rəy sorğusuna əsasən amerikalıların təqribən 60%-i ABŞ-ın yeni prezidenti Donald Trampın rəftarlarını təsdiq etmir.