Türkiyədə PKK ilə əməkdaşlıqda şübhəli bilinən 500 nəfər saxlanılıb
Türkiyə polisi terrorçu PKK qruplaşmasının üzvləri və tərəfdarlarına qarşı geniş bir əməliyyatda 500-dən çox şübhəlini həbs edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, saxlanılan 544 şübhəli arasında PKK-nın bir sıra tanınmış üzvü də var. Bu əməliyyat İstanbul və İzmir daxil olmaqla 25 şəhərdə eyni zamanda həyata keçirilib.
Qazı Antəp icra başçısı bir bəyanat yayaraq, bildirib ki, bu vilayətdə həbs edilən 45 nəfər arasında PKK-nın himayədarlarından olan Xalqların Demokratik Partiyası(PYD) rəsmilərinin adları da var.
Türkiyə hökuməti PKK ilə yaxın əlaqəsi olan bu partiyanın bir sıra tanınmış üzvünü həbs edib.
Türkiyə, Amerika və Avropa Birliyi PKK-nın adını terrorçu qruplaşmalar siyahısına daxil edib. PKK və Türkiyə hökuməti arasında atəşkəs 2015-ci ilin iyulunda pozulub və o zamandan bəri terror hücumları və anti-terror əməliyyatlarda mindən çox insan həyatını itirib.