Fev 14, 2017 20:26 Asia/Baku
  • İndoneziyalı məktəblilər
    İndoneziyalı məktəblilər "Sevgililər Günü"nə qarşı aksiya keçirilib

İndoneziyada bir qrup məktəbli "Valentin" (sevgililər günü) gününə etiraz olaraq aksiya keçirib.

Frans Press-in verdiyi məlumata görə, İndoneziyada İslam mədrəsələrində təhsil alan məktəblilər "Valentin" günü tədbirlərinə etiraz olaraq aksiya keçirib, bunu İslamdan kənar hesab ediblər. Onlar "Sent Valentin"in Qərbə aid bir mərasim olduğunu və əxlaqsızlığın təbliğ edilməsi məqsədini daşıdığını bildiriblər. Bu, dünyanın ən çox müsəlman əhalisinə malik olan bir ölkədə "Valentin" günü ilə bağlı ən son etiraz aksiyası sayılır. 

Bu etiraz aksiyasının təşkilatçısı Pando Satira deyir: Bu aksiyanı Valentin günündə cinsi əlaqənin azadlığının təbliğ edilməsinə qarşı etirazımızı bəyan etmək üçün keçiririk. 

Məktəb direktoru İda İndahuvati də deyir: Biz bu etiraz aksiyasını keçirdiyimizə görə fəxr edirik. Bu müsbət bir addımdır və məktəblilər tərəfindən Valentin gününə qarşı atılıb. 

İndoneziyanın bir neçə şəhərində Valentin günü mərasimləri qadağan edilib. Malayziyada da Müsəlman Gənclərin Milli Cəmiyyəti adlı bir qrup qadınlar və qızlardan Valentin günü ilə bağlı müraciətlərdə təhrikedici ifadələrdən istifadə etməmələrini istəyib. 

Teqlər