Mütəxəssislər Trampın psixi sağlamlığı haqda xəbərdarlıq etdilər
Psixoloqlar, Psixiatrlar və ictimai köməkçilər bir məktubda xəbərdarlıq ediblər ki, ABŞ prezidenti Donald Trampın psixi vəziyyəti onun bu vəzifədə təhlükəsiz şəkildə fəaliyyət göstərə bilməməsinə səbəb olub.
İndependent qəzetinin yazdığına görə, psixoloji sağlamlıq üzrə 35 mütəxəssis bildirib: Trampın cümlələri və davranışı onun məsələləri anlamaqda dərin acizliyini əks etdirir.
Bu mütəxəssislər əlavə ediblər: ABŞ prezidentinin reallığı təhrif etməyə marağı ehtimal üzrə onun iqtidarda olduğu vaxtda güclənəcəkdir.
Halbuki psixoloqların şəxsən müayinə etmədikləri dövlət rəsmisinin psixi vəziyyəti barədə açıqlama verməyə maraqları yoxdur. Lakin həkimlər Nyu-York Tayms qəzetinə ünvanladıqları məktubda bildiriblər ki, bu haqda sükuta son qoymağa qərar veriblər. Çünki Trampın çoxlu problemlər yaradacağından nigarandırlar.
Bu məktubda bildirilib: Trampın çıxışları və hərəkətləri onun, rəyləri ilə fərqlənən fikirlərə dözə bilmədiyini göstərir və bu vəziyyət Trampın qəzəbli reaksiyaları ilə nəticələnir.
Bundan öncə də bir çox psixi sağlamlıq mütəxəssisi və Amerikanın hər iki partiyasından senatorlar Trampın psixi vəziyyətinin mənfi nəticəsi haqda nigaranlıq etmişlər.