Nyu-Yorkda müsəlmanları himayə üzrə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i260380-nyu_yorkda_müsəlmanları_himayə_üzrə_aksiya_keçirilib
ABŞ prezidenti Donald Trampın müsəlmanların bu ölkəyə daxil olmalarına qarşı yeni icra fərmanını təqdim etməyə səy göstərməsi ilə bir zamanda amerikalılar Nyu-Yorkun Tayms meydanında müsəlmanları himayə üzrə aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2017 09:39 Asia/Baku
  • Nyu-Yorkda müsəlmanları himayə üzrə aksiya keçirilib
    Nyu-Yorkda müsəlmanları himayə üzrə aksiya keçirilib

ABŞ prezidenti Donald Trampın müsəlmanların bu ölkəyə daxil olmalarına qarşı yeni icra fərmanını təqdim etməyə səy göstərməsi ilə bir zamanda amerikalılar Nyu-Yorkun Tayms meydanında müsəlmanları himayə üzrə aksiya keçiriblər.

Nyu-York əhalisi dünən Trampın müsəlmanların Amerikaya daxil olmalarını əngəlləmək üzrə hərəkətlərinə qarşı öncədən təyin olunmuş bir tədbirdə küçələrə çıxıb.

"Mən də müsəlmanam" adı altında keçirilən bu aksiyada etirazçıların əllərində, üzərlərində müsəlmanları himayə üzrə şüarların yazıldığı plakatlar və bayraqlar olub.

Müxtəlif sosial spektrlərdən və dinlərdən olan etirazçılar, həmçinin Hollivud-da tanınmış aktrisalardan olan Suzan Sarandon, eləcə də Amerikada musiqi və kino sahəsində veteranlardan və böyük sahibkarlardan olan Rassel Simons aksiyaçılar arasında olublar.

Sarandon bir çıxışda deyib: Biz hazırda elə bir halda burda dayanmışıq ki, tarixin bu anında daha zərərsizləşmək olmaz. Əgər siz sussanız, əlbir olmuş olacaqsınız. Biz ona görə burdayıq ki, Trampın əsas qanunu məhv etmək üzrə maşınının hərəkətverici detalı olmayacağıq.